Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən uzun dırnaqlı qadını vəfat etdi - FOTOlar

Dünyanın ən uzun dırnaqlı qadını vəfat etdi - FOTOlar

Tarix: 20 Dekabr 2023 23:30

Bir vaxtlar dünyanın ən uzun dırnaqlarına sahib olan Li Redmond ABŞ-ın Yuta ştatında dünyasını dəyişib. 

Sonxeber.net baku.ws-ə istinadən verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.

Ölümün səbəbi hələlik məlum deyil.

Bildirilib ki, rekordçunun 82 yaşı olub.

Qeyd edək ki, Li Redmond 2003-cü ildə ən uzun dırnaqlara görə dünya rekordunu qırıb və Ginnesin Rekordlar Kitabına düşüb.

Bu titul 2022-ci ildə başqa bir amerikalı Diane Armstronq onu pozana qədər Liyə məxsus idi.

Amerikalı onları 1979-cu ildən kəsməyi dayandırmışdı və 2003-cü ilə qədər ümumi uzunluğu 7,51 sm-ə qədər uzanmışdı.

Diqqətli qulluq və çoxsaylı manikürlər sayəsində Linin dırnaqları daha da uzandı və 2008-ci ildə yenidən ölçülüb.

Məlum olub ki, dırnaqların uzunluğu 8,65 m-ə çatıb.


Etiketlər:  Dünyanın uzun dırnaqlı qadını vəfat etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ