Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Niderlanda məğlub oldu

Millimiz Niderlanda məğlub oldu

Tarix: 20 Dekabr 2023 23:54

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

Almere şəhərində yerləşən "Topsportsentrum Arena"da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

Yığmamız isə hesabındakı 4 xalla sonuncu yeri tutub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

Milli.Az


Etiketlər:  Millimiz Niderlanda məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ