Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub - FOTO

Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub - FOTO

Tarix: 21 Dekabr 2023 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

Milli.Az


Etiketlər:  Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub FOTO


RƏYLƏR