Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 14:33
Azərbaycanın Polşadakı səfirliyi 2024-cü il fevralın 7-də baş tutacaq Prezident seçkiləri ilə əlaqədar orada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə səfirliyin "X" sosial media hesabında bildirilib.
Qeyd edilib ki, seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.
"Polșada yaşayan bütün Azərbaycan vətəndaşlarından seçicilər siyahısında qeydiyyata alınmaları üçün așağıda qeyd olunan məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunub:
1. Soyadı, adı, atasının adı
2. Doğulduğu il, ay və gün.
3. Daimi və ya müvəqqəti yașadığı və ya olduğu yerin ünvanı.
Bu il dekabrın 26-dək məlumatları göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq", - deyə əlavə edilib.