Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexiyada universitetdə atışma - xeyli sayda ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

Çexiyada universitetdə atışma - xeyli sayda ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

Tarix: 21 Dekabr 2023 20:10

20:03

Çexiyada universitetdəki atışmada 10 nəfər ölüb, 20-dən çox yaralı var.

Milli.Az APA-ya istinadən bildirir ki, Praqada universitetdə atışmada ilkin məlumata görə, ən azı 10 nəfər ölüb, 20-dən çox yaralı var.

--------

19:23


Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub, ölənlər və yaralananlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çexiya polisinin rəsmi "X" hesabında məlumat verilib.

"Hazırda universitet binasında baş verən atışma ilə bağlı Jan Palaç meydanına müdaxilə edirik. Bütün bölmələrimiz hadisə yerinə gedir. İlkin məlumatlara əsasən, hadisə yerində ölən və yaralananların olduğunu təsdiqləyə bilərik", - polis sosial şəbəkədə yazıb.

Polis Jan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.

"Denik N" xəbər saytının məlumatına görə, polis tələbələri evakuasiya edir. Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.

Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.

Milli.Az


Etiketlər:  Çexiyada universitetdə atışma xeyli sayda ölən yaralananlar var YENİLƏNİB VİDEO


RƏYLƏR