Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 20:26
Qərara gəldik ki, gənc anaları pulla təmin edək, onlar da dayə tutub, özləri işə getsinlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Sonra regionlara gedirik, soruşuruq, bu xidmətdən istifadə edirsinizmi? Bizə cavab verirlər ki, yox, bizim qohumumuz, qonşumuz, kəndçimiz dayə ola bilməz, çünki dayənin boyu 1,90 m, çəkisi də ona uyğun olmalıdır. Onun təhsili və ən azı beş il iş təcrübəsi olmalıdır, lakin respublikada belə bir şəxs yoxdur", - o bildirib.
O qeyd edib ki, benefisiarları itirmək olmaz:
"Belə bir fikir var ki, nənələrə niyə pul veririk, onun vəzifəsi elə nəvəsinə qulluq eləməkdir. Hökumətin yanaşması belə olmamalıdır. Biz bir ailəyə girib deyə bilmərik ki, sənin bu vəzifən var, filan borcun var, bunun üçün dövlət sənə heç nə verməyəcək. Bütün bunları ona görə deyirəm ki, qərar qəbul edərkən aydın olsun", - Paşinyan bildirib.