Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 17:20
Bakı. Trend:
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində təşkil olunan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin sakinləri iştirak edib.
Uşaq və yeniyetmələr Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə «Mənim sevimli bayrağım» mövzusunda müxtəlif rəsmlər çəkiblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin