Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qan azlığı olanlar bu yeməklərə diqqət etməlidir

Qan azlığı olanlar bu yeməklərə diqqət etməlidir

Tarix: 22 Dekabr 2023 01:09

Sanitar-gigiyenik qaydaya uyğun şəraitdə bişirilməyən yeməklər anemiya yaradır. Buna səbəb mədə və bağırsaqlarda müxtəlif növ qurdlar, helikobakter pilori kimi agressiv bakteriyaların yaranmasıdır. Bu da öz növbəsində, hazırda ən geniş yayılmış xora, qastroezofageal reflüks kimi xəstəliklərə gətirib çıxarır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri osteopat həkim, nevroloq Aygün Məmmədova deyib.

O bildirib ki, intensiv ağrıkəsici qəbulu, hemorroidal qanaxmalar (babasil), menustrativ pozuntular qan azlığına səbəb olur. Mədə-bağırsaq xəstələliyi olan, radiasiyanın nisbətən çox olduğu şəhərlərdə yaşayanlar da risk qrupundadır.

Həmçinin həkim qeyd edib ki, anemiyadan əziyyət çəkənlərin B12 vitamini və fol turşusuyla zəngin, xüsusən qırmızı rəngli qidalar qəbul etmələri, ağartı məhsullarını isə azaltmaları tövsiyə edilir.


Etiketlər:  azlığı olanlar yeməklərə diqqət etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ