Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatlara YENİ QADAĞA: Yanvardan “Lada” sürəcəklər - FOTO

Deputatlara YENİ QADAĞA: Yanvardan “Lada” sürəcəklər - FOTO

Tarix: 22 Dekabr 2023 08:48

Yanvarın 1-dən Rusiya Dövlət Duması deputatların yerli istehsal olan avtomobillərə və ya Sənaye və Ticarət Nazirliyinin tövsiyə etdiyi xarici markalara keçmədiyi təqdirdə onların yanacaq xərclərini ödəməyəcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya"ya aşağı palatadakı mənbələr məlumat verib və bunu deputatların özləri də təsdiqləyiblər.

"Əgər təklif olunan avtomobillərdən istifadə etməyə razı olmasalar, yanacaq pulunu öz hesablarına ödəməlidirlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, növbəti ilin yanvarın 1-dən deputatlar "Lada", UAZ, "Aurus", "Evolute", "Moskviç", "Haval" markalı avtomobillərə keçməli olacaqlar.


Etiketlər:  Deputatlara YENİ QADAĞA Yanvardan Lada sürəcəklər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ