Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Diaspora Komitəsi bizə qərəzli və məsuliyyətsiz yanaşdı'' - xaricdəki soydaşlarımızdan ŞİKAYƏT

''Diaspora Komitəsi bizə qərəzli və məsuliyyətsiz yanaşdı'' - xaricdəki soydaşlarımızdan ŞİKAYƏT

Tarix: 22 Dekabr 2023 13:06

20 diaspor təşkilatı Prezident İlham Əliyev dəstəkləyəcək. Bu haqda 20 diaspor təşkilatının Prezidentə müraciətində deyilir. 

Sonxeber.net bildirir ki, müraciətdə məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün seçkilər müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcəyi vurğulanır.

Müraciətdə həmçinin qeyd olunur ki, Vətən Müharibəsi zamanı diaspor təşkilatları öz imkanları çərçivəsində vətənə dəstək olmağa çalışıb, amma təəssüf ki, istər müharibə dövründə, istərsə də post müharibə dövründə Diasporla iş üzrə Dövlət Komitəsi (DİDK) üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyib:

"Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Azərbaycan dövlətinin büdcəsindən maliyyə ayrılmasına baxmayaraq, erməni diasporunun durmadan apardığı yalan propaqandalara və Avropa ölkələrinin yürütdüyü ikili standart və siyasətə qarşı DİDK heç bir ciddi iş görmədi və Azərbaycanın haqlı tərəf olduğunu sübut edə bilmədi. Sizin verdiyiniz tapşırıqlara isə məsuliyyətsiz yanaşıldı. Bu səbəbdən xaricdə fəaliyyət göstərən Azərbaycan diasporu və DİDK arasında fikir ayrılıqları və narazılıqlar yarandı. DİDK sədri Fuad Muradov və komitə işçilərinə bu iradları bildirdikdən sonra, xaricdəki diaspora təşkilatlarına qarşı qərəzli yanaşdılar və əməkdaşlıq etməkdən imtina etdilər. Yalnız Sizin əzmli dəmir yumruğunuzun və Azərbaycan Ordusunun şücaəti sayəsində Azərbaycanın haqlı tərəf olduğu beynəlxalq ictimaiyyət qarşısında sübuta yetirildi.

Bir daha Sizə bütöv və müstəqil Azərbaycan Respublikasının ilk seçkilərində uğurlar diləyir və Sizi dəstəklədiyimizi bəyan edirik. İnanırıq ki, siz uğur qazandıqdan sonra Azərbaycan diasporunda yeni bir mütərəqqi nəfəs və dalğanın yaranmasını təmin edəcək, dəmir yumruq ətrafında yenidən birləşməyimizə dəstək olacaqsınız".

Sənədi Norveçdən CAN diaspora təşkilatının sədri Şervin Nəcəfpur, İdarə Heyətinin üzvü Atabəy Nəcəfpur, "Bizim Səs" təşkilatının sədri Hüseyn Məmmədov, Niderlanddan "Birlikdə güclüyük" Fondunun həmsədri İlkana Goja van de Berg, Rusiyadan Samara Azərbaycanlılarının Assambleyasının sədri Elmar Rəsulov, Dünya Azərbaycanlıların Assambleyasının sədri Rəşad Quliyev, Böyük Britaniyadan diaspor üzvü Məryəm İskəndərova, Fransadan "Ulduz" Assosiasiyasının rəhbəri Aytən Muradova, diaspor üzvü Ülviyyə Həsənova, İspaniyadan "Asociacion Azerbaiyanos en Espane"nin sədri Vahid Xəlilov, İsraildən "Azad" təşkilatının sədri Şakir Əhmədov, İsveçdən Vahid Azərbaycan Birliyinin sədri Aya Çoqşun, Azərbaycan İsveç Dram Teatrı "Tumurcuq" rəhbəri Sevinc Nəzərli, Türkiyədən Türkiyə Azərbaycan Dərnəklər Federasiyasının fəxri sədri Bilal Dündar, Belçikadan Belçika-Azərbaycan Evinin rəhbəri Bülənt Gürcam, Şimali Kiprdən KADM I Kipr Azərbaycan Diaspora Mərkəzinin idarə heyətinin sədri Raul Diniyev, İndoneziyadan diaspor üzvü Hafiz Cəfərli, İordaniyadan diaspor üzvləri Kəmalə Süleymanova və Dilşad Ağayeva imzalayıblar.


Etiketlər:  Diaspora Komitəsi bizə qərəzli məsuliyyətsiz yanaşdı xaricdəki soydaşlarımızdan ŞİKAYƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ