Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa ilə Ermənistan arasında siyasi-hərbi məsləhətləşmə olub

Fransa ilə Ermənistan arasında siyasi-hərbi məsləhətləşmə olub

Tarix: 22 Dekabr 2023 17:04

Fransa və Ermənistan müdafiə nazirliklərinin nümayəndələri Parisdə siyasi-hərbi məsləhətləşmə aparıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, yığıncaqda Ermənistanı Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan, Fransadan isə Silahlı Qüvvələrin beynəlxalq əlaqələr və strategiya idarəsinin rəisi Elis Rufo iştirak edib.

Bildirilib ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik problemlərini araşdırıb, ikitərəfli maraq doğuran məsələlərə toxunublar. Məsləhətləşmələr zamanı bir sıra razılaşmalar əldə olunub.

Milli.Az


Etiketlər:  Fransa ilə Ermənistan arasında siyasi hərbi məsləhətləşmə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ