Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Abbasla danışdı: 1967-ci il sərhədləri daxilində...

Putin Abbasla danışdı: 1967-ci il sərhədləri daxilində...

Tarix: 23 Dekabr 2023 00:36

Rusiya Prezidenti Vladimir Putinlə fələstinli həmkarı Mahmud Abbas arasında telefon danışığı olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Rusiya tərəfinin münaqişənin deeskalasiyasına kömək etmək və ehtiyacı olanlara humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün atdığı addımlar barədə məlumat verib.

Telefon danışığında 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan ümumi qəbul edilmiş beynəlxalq hüquqi əsasda Yaxın Şərq nizamlanmasının siyasi prosesinin bərpasının vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfi Mahmud Abbasın başçılıq etdiyi Fələstin rəhbərliyinin səylərini dəstəklədiyini bildirib.

Putin telefon danışığı zamanı həmkarını Rusiyaya dəvət edib.

Milli.Az


Etiketlər:  Putin Abbasla danışdı 1967 ci il sərhədləri daxilində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ