Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 19:24
Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"na əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Bu vaxta qədər qaydalar bilinsə də buna əməl olunmurdu.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, artıq yeni tədris ilindən başlayaraq müxtəlif məktəblərdə bu qaydalara ciddi riayət olunmağa başlanılıb.
Pilot olaraq seçilən məktəblərdən biri də 193 nömrəli tam orta məktəbdir. Burada şagirdlər dərsdən öncə telefonu qutuya qoyur, dərs bitdikdən sonra geri götürür.
Şagirdlər artıq bu qaydalara öyrəşib. Bu qaydanın tətbiq olunması isə ən çox müəllimlərin ürəyincədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: