Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özülə hücum edən şəxs 10 həbs cəzası

Özülə hücum edən şəxs 10 həbs cəzası

Tarix: 9 Noyabr 2019 01:04

“Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinin cəzası bəlli olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.
 
Məhkəmə qarşısına çıxan E.Smit və C.Nortover günahlarını etiraf ediblər. Cinayətin əsas təşəbbüskarı olan Eşli Smit 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona kömək edən Cordanla bağlı yekun qərar isə daha sonra veriləcək.

Xatırladaq ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. Kolaşinaç və yaxınlıqdakı restoranda çalışanların səyi nəticəsində soyğunçular heç bir qənimət əldə edə bilmədən qaçmışdılar.

 


Etiketlər:  Özülə hücum edən şəxs 10 həbs cəzası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ