Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcü ekspert: "İlham Əliyevin səyləri nəticəsində Azərbaycan regionda liderdir"

Gürcü ekspert:

Tarix: 24 Dekabr 2023 21:27

"Məhz İlham Əliyevin səyləri nəticəsində Azərbaycan regionda liderdir. Hazırda dünyanın aparıcı ölkələri Azərbaycanla rəqabət aparır və Azərbaycanın istənilən sahədə qazandığı uğurları təkrarlamaq istəyir".

Milli.Az xəbər verir ki, bu fikirləri "Report"un yerli bürosuna gürcü siyasi bloqçu Giorgi Caxaya deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin başladığı uğurlu yolu layiqincə davam etdirir: "İndi Heydər Əliyevin ruhu şaddır, çünki onun vəsiyyətini oğlu İlham Əliyev yerinə yetirdi. Gürcü xalqı Azərbaycan xalqının uğurlarına hər zaman sevinir və bütün gördüyü işlərdə dost və qardaş Azərbaycanı dəstəkləyir. Çünki İlham Əliyevin bir məqsədi var - Cənubi Qafqazda sülhü yaratmaq və böyük iqtisadi layihələr həyata keçirmək".

Gürcü siyasi ekspert Giorgi Goqua isə qeyd edib ki, Azərbaycan xalqının gələcəyinin müəyyən olunmasında Prezidentin xidmətləri ölçüyəgəlməzdir:

"Ötən illər ərzində İlham Əliyev istedadı və və bacarığı sayəsində bu gün dünyanın ən qabaqcıl və uğurlu dövlətlərindən biri, müasir Azərbaycan yaradılıb. Onun uğurlu karyerasında qazandığı uğurları qeyd etməklə bitməz. İlham Əliyevin Qarabağı işğaldan azad etməsi, ölkəsinin ərazi bütövlüyünü bərpa etməsi onun şəxsiyyətini Azərbaycan xalqının tarixində daima əbədiləşdirəcək".

Milli.Az


Etiketlər:  Gürcü ekspert İlham Əliyevin səyləri nəticəsində Azərbaycan regionda liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ