Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real” onu almayacaq

“Real” onu almayacaq

Tarix: 25 Dekabr 2023 07:16

"Real"ın qapıçısı Kepa Arrizzabalaqa icarə müddətini başa vurduqdan sonra məxsus olduğu "Çelsi"yə qayıdacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, Madrid təmsilçisi 29 yaşlı qolkiperi almayacaq. Buna səbəb klubun əsas qapıçısı Tibo Kurtuanın sağalmasının yaxınlaşması, eləcə də ukraynalı Andrey Luninin bu mövsüm inamlı oyunudur.

Xatırladaq ki, bu mövsüm Arrizabalaqa 15 oyun keçirib, 12 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb.  Kepanın "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

Milli.Az


Etiketlər:  Real onu almayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ