Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Andaman dənizində batmış gəmidən xilas edilənlərin sayı açıqlandı

Andaman dənizində batmış gəmidən xilas edilənlərin sayı açıqlandı

Tarix: 25 Dekabr 2023 14:02

Tailand hərbçiləri Andaman dənizindəki "Bu-Bu" adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Onun sözlərinə görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri sürətlə qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.

Qayıq Phuket və Lanta adalarına aparılan sərnişinləri təxliyə etdikdən dərhal sonra batıb.

Milli.Az


Etiketlər:  Andaman dənizində batmış gəmidən xilas edilənlərin sayı açıqlandı


RƏYLƏR