Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 17:50
Rüfət Nasosnu meyxanaçıların qeyri-səmimi münasibətindən danışıb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, "Tarixin bir günü" verilişində o, rəqabətin pul qazanmaq üstündə olduğunu açıqlayıb:
"Ən pisi odur ki, bir yerdə oturub kiminsə dalınca danışırlar, hətta söyüş də söyürlər, amma sabah bir məclisdən birlikdə şəkil paylaşıb yazırlar ki, "qardaşlarla toyda". Çoxu belədir. Bu, düz gəlmir. İnsan bir sifətdə, bir xarakterdə olar! Bütün bunlar pula, rəqabətə görədir. Rəqabət artdıqca hər şey ifrata varır".