Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu Avropa şəhərində ictimai nəqliyyat PULSUZ OLDU

Bu Avropa şəhərində ictimai nəqliyyat PULSUZ OLDU

Tarix: 25 Dekabr 2023 18:16

Fransanın Monpelye şəhərinin sakinləri üçün ictimai nəqliyyatın pulsuz olması qərara alınıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Monpelye bələdiyyə başçısı Mixael Delafosse "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, şəhər sakinləri xüsusi kartla ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər. Turistlərdən və yaşayış ünvanı Monpelyedə olmayanlardan isə hər səfər üçün 1,60 avro tutulacaq.

Məlumata görə, Delafossenin 2020-ci ildə seçki vədi kimi təqdim etdiyi "pulsuz ictimai nəqliyyat" layihəsinin həyata keçirilməsi ilə Monpelye Avropada ictimai nəqliyyatın pulsuz olduğu 3-cü şəhər olub.

Qeyd edək ki, Estoniyanın paytaxtı Tallin şəhərində 2013-cü ildən, Lüksemburqda isə 2020-ci ildən bütün ölkə üzrə ictimai nəqliyyat pulsuz olub.

Milli.Az


Etiketlər:  Bu Avropa şəhərində ictimai nəqliyyat PULSUZ OLDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ