Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 23:00
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin müalicə aldığı tibb müəssisəsinin direktoru Zurab Çxaidze bildirib.
"Xəstənin (Saakaşvili) ümumi vəziyyəti yaxşılaşıb. Onun həyati parametrləri normallaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir", - Çxaidze qeyd edib.