Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb

Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb

Tarix: 26 Dekabr 2023 07:42

Yaponiyanın "SLIM" aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

"Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir", - diqqətə çatdırılıb.

Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.

Milli.Az


Etiketlər:  Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb


RƏYLƏR