Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi baldızının nikah mərasiminə qatıla bilmədi - Şok səbəb

Messi baldızının nikah mərasiminə qatıla bilmədi - Şok səbəb

Tarix: 26 Dekabr 2023 10:00

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Rokuzzonun bacısı Karla Rokuzzonun nikah mərasimini buraxmaq məcburiyyətində qalıb. 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Marca" yazıb.

Mərasim Argentinanın Rosario şəhərində baş tutub və gizli saxlanılıb. Lakin insanlar şəhər kilsəsində mühafizəçilərin sayının artdığını görüb hasarların yanına toplaşmağa başlayıblar. Mərasimə məşhur futbolçunun gələ biləcəyi məlum olanda insanların sayı daha da artıb. 

Messi təhlükəsizlik səbəbi ilə mərasimə qatılmayıb, daha sonra təşkil edilən şənlikdə iştirak edib.

Milli.Az


Etiketlər:  Messi baldızının nikah mərasiminə qatıla bilmədi Şok səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ