Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliya millisi bu yarışlardan uzaqlaşdırıla bilər

Braziliya millisi bu yarışlardan uzaqlaşdırıla bilər

Tarix: 26 Dekabr 2023 12:44

Beynəlxalq Futbol Federasiyası (FIFA) Braziliya Futbol Konfederasiyasına xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xəbərdarlıqda qeyd olunur ki, əgər Konfederasiya quruma keçiriləcək yeni prezident seçkisinə müdaxilə edəcəksə, bu ölkənin milli komandası və klubları beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər.

FIFA iddia edir ki, Braziliya Futbol Konfederasiyası qurumun hazırkı rəhbəri Ednaldo Rodrigesin vəzifəsindən kənarlaşdırmaq üçün seçki prosesini sürətləndirməyə çalışır.

Qeyd olunur ki, Braziliya Futbol Konfederasiyası artıq yanvarda təşkilatın prezident seçkisini keçirmək niyyətindədir. 

Milli.Az


Etiketlər:  Braziliya millisi bu yarışlardan uzaqlaşdırıla bilər


RƏYLƏR