Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölüm ağrıdır, yoxsa rahatlıq?

Ölüm ağrıdır, yoxsa rahatlıq?

Tarix: 27 Dekabr 2023 00:30

Həqiqətdə ölümü yox, onun sənə hələ yaxınlaşdığını bildirən hadisəni müşahidə eləmisən
Xəstə səhabələrindən birinin əyadətinə gedən İmam Riza (ə) ondan soruşdu: "Hal-hazırda vəziyyətiniz necədir?" O, dedi: "Sizdən ayrılandan sonra sanki ölümü olduğu kimi hiss eləmişəm." İmam (ə) buyurdu: "Onu izah edə bilərsənmi?" Dedi: "Olduqca dözülməz və şiddətli idi!" Bu zaman İmam (ə) ona belə buyurdu: "Həqiqətdə ölümü yox, onun sənə hələ yaxınlaşdığını bildirən hadisəni müşahidə eləmisən. Doğrusu, insanların ölümü iki qisimdən artıq deyil: biri ölümü ilə rahatlıq tapar, digəri isə başqaları onun ölümündən rahatlıq duyarlar. Odur ki, Allaha, Peyğəmbərə (s) və imamlara olan imanını yenidən təzələ ki rahatlıq tapasan." (Əl-Etiqadat, səh. 66)

Milli.Az


Etiketlər:  Ölüm ağrıdır yoxsa rahatlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ