Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2023 15:10
Konqo Demokratik Respublikasının (KDR) Mərkəzi Kasay əyalətində çərşənbə axşamı yağan güclü yağışlar nəticəsində azı 22 nəfər həlak olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.
Verilən məlumata görə, yağış sel və torpaq sürüşməsinə səbəb olub. Əyalət qubernatoru bildirib ki, ən çox eyniadlı şəhərin Kananqa rayonu zərər çəkib.
Mərkəzi Kasay hökuməti fövqəladə vəziyyətin vurduğu maddi ziyanı qiymətləndirəcək.