Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abdullahian Bayramovla danışdı və İrəvana getdi - Nə apardı?

Abdullahian Bayramovla danışdı və İrəvana getdi - Nə apardı?

Tarix: 27 Dekabr 2023 15:24

Milli.Az axar.az-a istinadən Asif Nərimanlının yazısını təqdim edir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanda səfərdədir. Lakin bu dəfə İranın baş diplomatının erməni həmkarlarına "dəstək sovqatı" apardığı o qədər də inandırıcı görünmür, xüsusilə İrəvanın Qərblə "filört" etməsinin Tehranda narahatlıq yaratması fonunda. İbrahim Rəisi də ötən həftə Nikol Paşinyanla telefon söhbətində "kənar qüvvələrin regiona gətirilməsindən" narahatlığını ifadə etmişdi.

Mövcud siyasi mənzərə Abdullahianın İrəvan səfərinin Ermənistanı "evə qaytarmaq" məqsədi daşıdığı ehtimalını ön plana çıxarır. Və mümkündür ki, iranlı nazir İrəvana Azərbaycan-Ermənistan danışıqları ilə bağlı müəyyən təkliflər aparıb. Bu kontekstdə iki məqam diqqət çəkir.

Birincisi, Cənubi Qafqazda yaranmış vəziyyətdir.

Bakı-İrəvan danışıqlarında Qərb və Rusiyanın apardığı mübarizə sülh prosesini əngəlləyir. Qərb platformasına yönələn Ermənistanın Rusiyanın vasitəçiliyindən imtina etməsi isə Moskvanın regional maraqlarına problemlər yaradır, bunun fonunda Qərbin bölgəyə müdaxiləsi İranın da maraqlarına ziddir. Və Abdullahianın Ermənistanda bu vəziyyəti müzakirə edəcəyi istisna deyil.

İkincisi, son 24 saatda Tehran-Moskva-Bakı-İrəvan xəttində baş verənlərdir.

Abdullahian İrəvana səfərdən öncə Bayramov və Lavrovla ayrı-ayrılıqda telefonla danışdı və hər iki təmasın əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sülh gündəliyi idi. Bu onu deməyə əsas verir ki, iranlı nazir İrəvana sülh danışıqlarının platforması ilə bağlı təklif aparıb. Və mümkündür ki, bu təklif danışıqların Bakının da maraqlarına uyğun olan 3+3 formatına köçürülməsidir.

Burada Rusiyanın da maraqları aydın görünür və istisna deyil ki, Moskva Qərb oyunçularının bölgəyə müdaxiləsinin qarşısını almaq üçün İrəvanı ermənilərin son dövrlər regionda daha çox güvəndiyi Tehran üzərindən "yola gətirmək" istəyir.

Milli.Az


Etiketlər:  Abdullahian Bayramovla danışdı İrəvana getdi apardı


RƏYLƏR