Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu ilə Ərdoğanı müqayisə etdi

Netanyahu ilə Ərdoğanı müqayisə etdi

Tarix: 28 Dekabr 2023 19:24

İsrailin baş naziri Netanyahu bəşəriyyətə qarşı hərbi cinayətləri və fələstinlilərə qarşı soyqırım cəhdinə görə qanun qarşısında cavab verəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik bildirib.

"Netanyahu rəhbərliyi fələstinli mülki vətəndaşları bombalayır, onlara öz torpaqlarından köçməli olduqlarını söyləyir, bu insanları köç edərkən bombalayır, hətta insanların sığındığı xəstəxanaları bombalayır. Prezident Rəcəb Tayyib Ərdoğan, insani dəyərlər naminə bütün dünyaya müraciət etdiyi halda, Netanyahu insanlığa düşmən olan hər cür hərəkəti əks etdirir. Fələstinli qardaşlarımızın qanuni hüquqlarına çatması üçün mübarizəmizi davam etdirəcəyik",- deyə Ömər Çelik bildirib.

Ömər Çelik vurğulayıb ki, Türkiyənin terrorla mübarizəsi, beynəlxalq hüququn bütün qaydalarına tam uyğun aparılan mübarizədir.

Milli.Az


Etiketlər:  Netanyahu ilə Ərdoğanı müqayisə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ