Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sübh namazının qəzaya getməsinin səbəbləri

Sübh namazının qəzaya getməsinin səbəbləri

Tarix: 29 Dekabr 2023 09:02

Namazda süstlük etmək və sübh namazına dura bilməmək - imanın zəifliyindən irəli gəlir.

Namazda süstlük etmək və sübh namazına dura bilməmək - imanın zəifliyindən irəli gəlir. Əlbəttə, bəzilərimiz bu haldan əziyyət çəkirik. Kamil insan bizim üçün bir ideal və hədəfdir.

Sübh namazını əvvəl vaxtda qılmaq başqa namazlardan daha çətindir. Çünki isti yataqdan və şirin yuxudan ayılmaq insanı bu işdən saxlayar. Lakin namazqılan bir qədər təmrin edərək, bunun öhdəsindən gələ bilər.

Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir bəndə yoxdur ki, namazın vaxtına və günəşin vəziyyətinə əhəmiyyət verər, məgər o halda ki, ölən zaman rahatlığı, qəm və qüssənin aradan getməsini və atəşdən nicat tapmağı onun üçün zəmanət edərəm".

Sübh namazını qəza etməyin müxtəlif səbəbləri vardır. Bu amillərdən biri budur ki, insan həyatının hədəfini bilməz, din və ibadət nə üçündür və bu hədəfə çatmağın nə faydaları vardır kimi. O kəslər ki, həyatlarında hədəfə malikdirlər, bilir ki, niyə dindardır.

İnsan - Allahın yer üzündəki nişanəsidir. Bir ömür fürsəti vardır ki, bu nişanəni felə, yəni əmələ çevirsin. Hər nə qədər Allahın sifətini özündə yer verərsə, Allahın sifətinə bürünər. Atəşin kənarında olan dəmirə bənzəyir ki, atəşin rəngi ona keçər.

İnsanın həyatında namaz, oruc, həcc və insanlara xidmət etmək kimi əməllər vardır ki, insanı Allah rənginə bürüyər. Allahın axtarışında olan insanın bütün səyi budur ki, fürsəti əldən verməsin. Ondan Allah qürbünə çatmaq üçün istifadə etsin. Sübh namazını vaxtında qılmaq da bu cür fürsətlərdəndir.

Şeytan kimi düşmənlərimiz də çoxdur. Özümüzü tərbiyə etməkdən başqa çarə yoxdur. Özünü tərbiyə etmək o deməkdir ki, özünü Allahın sifəti olmayan hər bir şeydən təmizləyəsən. Gərək əxlaqımız, əməlimiz, elmimiz tövhidi olsun.

Bəzən dostlarımızla bir yerə getmək üçün səhər tezdən görüşmək istəyir və buna görə tezdən durmağa səy edirik. Lakin sübh namazına vaxtında dura bilmirik. Bunun səbəbi budur ki, biz dostlarımıza verdiyimiz sözə daha çox imanımız və biliyimiz vardır və onlarla olmağı daha çox sevirik. Lakin bu cür imanı Allaha bəsləmirik və imanımız zəifdir.

Dostlarımızla olan zaman ləzzət alırıq, ancaq Allahla rabitə quran zaman ləzzət almırıq. Dostumuzu xatırlayan zaman saatı qurmadan ayılırıq. Lakin namaz üçün ayıla bilmirik. Allah sevgisi insan qəlbinə girməsə, insanın imanı zəif olar. Siz əgər sübh namazına durmaq istəyirsinizsə, gərək əvvəl Allah sevgisini qəlbinizə həkk edəsəniz.


Etiketlər:  Sübh namazının qəzaya getməsinin səbəbləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ