Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirkorovla bağlı qərar verildi

Kirkorovla bağlı qərar verildi

Tarix: 29 Dekabr 2023 16:50

Rusiyalı müğənni Filipp Kirkorov bloqer Anastasiya İvleevanın təşkil etdiyi "çılpaq ziyafət"də iştirak etdiyinə görə Rusiyanın xalq artisti adından məhrum edilməyəcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mədəniyyət Nazirliyi yayıb. 

Bildirilir ki, fəxri ada layiq görülən şəxs hər hansı ağır cinayət törətdiyi halda bu addan məhrum edilə bilər. 

Xatırladaq ki, dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın "Mutabor" klubunda "Almost naked" adlı şənlik təşkil edilib. Şənlikdə iştirak edənlər tədbirə açıq-saçıq geyimlərdə qatılıb. Şənlikdə rusiyalı tanınmış müğənnilər Filipp Kirkorov, Lolita, Dima Bilan, aparıcı Kseniya Sobçak, eləcə də bir neçə tanınmış şəxs iştirak edib. Şənlik ölkədə qalmaqala səbəb olub. Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva ictimaiyyətdən üzr istəyiblər.


Etiketlər:  Kirkorovla bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ