Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' - ''Fənərbaxça'' matçı baş tutmaya bilər - Ərəblərdən Atatürk qadağası

''Qalatasaray'' - ''Fənərbaxça'' matçı baş tutmaya bilər - Ərəblərdən Atatürk qadağası

Tarix: 29 Dekabr 2023 21:44

Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən oyun öncəsi gərginlik yaşanıb.
 
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistani hökuməti klublara qadağa tətbiq edib. 

Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşıdır.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər.

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasının Bakı vaxtilə saat 21:45-də başlanması gözlənilir.


Etiketlər:  Qalatasaray Fənərbaxça matçı baş tutmaya bilər Ərəblərdən Atatürk qadağası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ