Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər kəsin içində evlənmə təklif etdi, aldığı cavabdan şoka düşdü - VİDEO

Hər kəsin içində evlənmə təklif etdi, aldığı cavabdan şoka düşdü - VİDEO

Tarix: 31 Dekabr 2023 12:54

İtaliyanın paytaxtı və ən böyük şəhəri Romada romantik evlilik təklifi böyük fiasko ilə nəticələnib. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan görüntülərdə sevgilisini romantik sürpriz üçün Romaya aparan gəncin onunla məşhur Via dei Condotti küçəsinin işıqları altında rəqs etməsi əks olunub.

Rəqsin sonunda Valerio adlı gənc diz çökərək nişan üzüyünü çıxarıb və küçədə hər kəsin gözü qarşısında sevgilisinə evlilik təklifi edib. Camaatın arasından alqış sədaları yüksəldiyi zaman sevgilisindən ayağa qalxmasını istəyən gənc qızın hərəkətləri qəfildən qəribələşib.

"Daily Mail" qəzetində yer alan məlumata görə, hər şeydən xəbərsiz olan gənc qadın sevgilisindən italyanca "Bunu gözləmirdim. Hazır deyildim. Romaya gəlməyimizin səbəbi budur?" deyə soruşub. Ətrafdakı camaat "hə, bəli" deyə qışqırarkən, Valerio "hə, yoxsa yox?" deyə soruşub və "yox" cavabını alıb.

"New York Post" nəşrinin əlaqə saxlamağa çalışdığı kişi məyusluğunu şərh etməkdən imtina edib.

Qadının evlilik təklifini rədd etməsi sosial mediada müzakirə mövzusuna çevrilib. Bəzi istifadəçilər kişinin utandığını bildirərək onu dəstəkləsələr də, bəziləri hər kəsin gözü önündə edilən evlilik təklifinin qadına təzyiq göstərdiyini iddia edib.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Hər kəsin içində evlənmə təklif etdi aldığı cavabdan şoka düşdü VİDEO


RƏYLƏR