Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistləri 22 ildən sonra barışdı

Xalq artistləri 22 ildən sonra barışdı

Tarix: 31 Dekabr 2023 14:15

Xalq artisti Faiq Ağayev həmkarı, Xalq artisti Zülfiyyə Xanbabayeva ilə 22 il davam edən küsülülüyə son qoyduqlarını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə müğənni "10-da görüşək" verilişində danışıb. F.Ağayev Z.Xanbabayeva ilə barışdığını belə xatırlayır:

"6 ay əvvəl konsertlərin birində Zülfiyyə Xanbabayeva ilə barışdıq. 22 ildən sonra münasibətlərimiz düzəldi. O vaxt bir xəbər yayılmışdı ki, Dəniz adlı bir abituriyent İngiltərədə universitetlərdən birinə daxil olub. Elə gözəl imtahan verib ki, ondan təhsil pulu almayıblar. Əksinə bildiriblər ki, biz sizə təqaüd verəcəyik. Qızın adı Dəniz idi. Mən də bilirdim ki, Zülfiyyənin qızının adı da Dənizdir. Fikirləşdim ki, Dəniz də o yaşda olar. Zülfiyyə ilə yanbayan oturmuşdum, ona sual verdim ki, "O, sənin qızındır? Fəxr edirəm onunla". 

Soruşdu ki, "Nə?" Əhvalatı danışdım ona. Zülfiyyə dedi ki, "Yox, o, mənim qızım deyil. Dəniz hələ 9-cu sinifdə oxuyur". Cavab verdim ki, "Dənizin də belə gözəl bəxti olsun. O da xarici ölkəyə getsin, orada universitetə daxil olsun".

Ondan sonra Zülfiyyə ilə tədbirlərdə görüşüb, salamlaşırıq. Həyatın bilməyən tərəfləri var. Kimdənsə müvəqqəti, kimdənsə birdəfəlik uzaqlaşırıq. Bizim Zülfiyyə ilə yəqin uzaqlaşmağımız müvəqqəti idi. Düzdür bu uzaqlaşma 22 il çəkdi, amma istər-istəməz insanın ürəyində ləkə qalır. Arada olan anlaşılmazlıq itən kimi ağırlıq da və ləkə də gedir".

Milli.Az


Etiketlər:  Xalq artistləri 22 ildən sonra barışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ