Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda Fələstinə dəstək yürüşü - Tanınmışlar da qatıldı - YENİLƏNİB

İstanbulda Fələstinə dəstək yürüşü - Tanınmışlar da qatıldı - YENİLƏNİB

Tarix: 1 Yanvar 2024 13:44

Bu gün İstanbulda Fələstinə dəstək yürüşü keçirilir.

"TRT Haber" xəbər verir ki, yürüşdə minlərlə şəxsin iştirakı gözlənilir. 

Səhər saatlarında başlayan tədbir Galata körpüsündə başa çatacaq. Yürüş zamanı Fələstinə dəstək şüarları səsləndiriləcək. 

Eyni zamanda, yürüş zamanı PKK təşkilatı tərəfindən törədilən terrorlar qınanılacaq.

Çox sayda insanın iştirak etdiyi yürüşə Türkiyənin idman naziri Osman Aşkın Bak, səhiyyə naziri Fahrettin Koca, Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Mustafa Şentop, deputatlar Hulusi Akar, Nureddin Nebati, Süleyman Soylu, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar, bir çox digər millət vəkilləri və siyasi partiyaların nümayəndələri qatılıb. 

----------

10:05

Bu gün İstanbulda Fələstinə dəstək yürüşü keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yürüşdə minlərlə şəxsin iştirakı gözlənilir. 

Səhər saatlarında başlayan tədbir Galata körpüsündə başa çatacaq. Yürüş zamanı Fələstinə dəstək şüarları səsləndiriləcək. 

Eyni zamanda, yürüş zamanı PKK təşkilatı tərəfindən törədilən terrorlar qınanılacaq.

Milli.Az


Etiketlər:  İstanbulda Fələstinə dəstək yürüşü Tanınmışlar da qatıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ