Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DƏHŞƏTLİ HADİSƏ - Polislə atışmada 7 nəfər öldü

DƏHŞƏTLİ HADİSƏ - Polislə atışmada  7 nəfər öldü

Tarix: 1 Yanvar 2024 12:32

Braziliyanın cənubunda polis əməkdaşları ilə cinayətkar dəstənin üzvləri arasında baş verən atışmada azı yeddi şübhəli öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Ölkənin cənubundakı Kuritiba şəhərinin (Parana ştatı) Parolin bölgəsində baş verən atışma ilə bağlı yerli sakinlər hərbi polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini aydınlaşdırmaq üçün əraziyə gəliblər. Bu zaman polislə cinayətkar dəstənin üzvləri arasında atışma başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yerli dəstə üzvləri olduğu ehtimal edilən yeddi nəfəri zərərsizləşdirə biliblər. Hadisə yerindən azı 10 odlu silah, iki gülləkeçirməz jilet, "Kalaşnikov" avtomatı üçün patron və digər döyüş sursatları aşkar edilib.

Hadisə yerində müvafiq qurumların əməkdaşları işləyir.

İlkin məlumata görə, atışma əvvəlcə ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət uğrunda rəqabət aparan iki dəstənin üzvləri arasında olub.

Milli.Az


Etiketlər:  DƏHŞƏTLİ HADİSƏ Polislə atışmada nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ