Tarix: 10 Noyabr 2019 21:28
"Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almaq qələbəyə bərabərdir. Komandada özgüvəni gördüm".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 11-ci turunda "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesablı görüşü belə şərh edib: "Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq".
Z.Həşimov komandadakı zədəlilərin durumu ilə bağlı da danışıb: "Zədələr çoxdur. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidir. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq".