Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tualetə dəfnə yarpağı atın – Faydalı hiylə

Tualetə dəfnə yarpağı atın –  Faydalı hiylə

Tarix: 2 Yanvar 2024 22:48

Evdə yemək bişirməyi sevən hər kəs bilir ki, dəfnə yarpağı bir çox yeməklərin dadını və ətirini yaxşılaşdıran əla ədviyyat növüdür. Ancaq hər kəs dəfnə yarpaqlarının antibakterial xüsusiyyətlərindən xəbərsizdir. Belə ki, bu ədviyyat təkcə mətbəxdə faydalı deyil.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dəfnə yarpağı istifadə edərək hamam və tualetdə olan bütün lazımsız və xoşagəlməz qoxuları aradan qaldıra bilərsiniz.

Tətbiq prosesi mümkün qədər sadədir. Sizə lazım olan tək şey bir neçə dəfnə yarpağını kanalizasiyaya atmaqdır.

Başqa bir yolu isə yarpaqları qaynatmaqdır. Bir litr suya 5-7 yarpaq atmaq kifayətdir. Yaranan məhlul soyudulmalı və sonra tualetə tökülməlidir. Alınan maddə yalnız xoşagəlməz qoxunu aradan qaldırmayacaq, həm də santexnika qurğularını əvvəlki ağlığına qaytaracaq.

Həmçinin mənzilin otaqlarına da bir neçə yarpaq asmaq olar. Bu da evdəki pis qoxuları dəf edəcək.

Milli.Az


Etiketlər:  Tualetə dəfnə yarpağı atın Faydalı hiylə


RƏYLƏR