Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 13:32
Ukrayna hələ də Rusiya ilə bərabər şəraitdə mübarizə aparmaq üçün lazımi silahlara malik deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib.
O, Qərbi Kiyevə daha çox yardım göstərməyə çağırıb:
"Ukraynanın Rusiya ilə münaqişədə gec-tez uduzacağı mövqeyini bölüşmürəm. Kiyevin təkcə Krımda deyil, həm də Rusiyanın ərazisindəki hədəfləri vura biləcək daha yaxşı silahlara və raketlərə ehtiyacı var".