Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada zəlzələ qurbanlarının sayı artdı - FOTOlar

Yaponiyada zəlzələ qurbanlarının sayı artdı - FOTOlar

Tarix: 3 Yanvar 2024 16:18

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, ölüm halları ən çox İşikava prefekturasının şəhərlərində - Vacima və Suzuda qeydə alınıb.

Təbii fəlakət nəticəsində 100-dən çox insanın müxtəlifdərəcəli bədən xəsarətləri aldığı deyilir. İşikava prefekturasında zəlzələlərdən sonra baş verən çoxsaylı yanğınlar nəticəsində 200-dən çox yaşayış binası, həmçinin 250-dən çox tikili sıradan çıxıb.

Yerli hakimiyyət orqanları dağıntıların faktiki miqyasının daha böyük ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Hazırda zəlzələ bölgəsində Yaponiya Silahlı Qüvvələri tərəfindən xilasetmə və axtarış işləri davam etdirilir. 

Yaponiya rəsmilərinin sözlərinə görə, hazırda təxliyə mərkəzlərində 32 mindən çox insan qalmaqdadır. Zəlzənin qeydə alındığı saatlardan indiyədək 60 mindən çox sakin təxliyə edilib.

Milli.Az


Etiketlər:  Yaponiyada zəlzələ qurbanlarının sayı artdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ