Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır yol qəzasında 12 nəfər yaralanıb

Ağır yol qəzasında 12 nəfər yaralanıb

Tarix: 3 Yanvar 2024 17:10

Kanadanın Toronto şəhərində sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, toqquşmanın gücündən avtobus yol kənarına düşüb. Qəza zamanı ictimai nəqliyyatda 14 sərnişin olub ki, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Bundan başqa, minik avtomobilinin sürücüsü də xəstəxanaya aparılıb.

Hadisəyə səbəb avtobus sürücüsünün qarşı zolağa çıxması olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ağır qəzasında nəfər yaralanıb


RƏYLƏR