Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xavi: "Haaland və ya Mbappeni almağa imkanımız yoxdur"

Xavi:

Tarix: 3 Yanvar 2024 21:54

"Barselona"nın baş məşqçisi Xavi klubun maliyyə imkanlarını şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bahalı oyunçuları almaq imkanında olmadıqlarını bildirib:

"Haaland yoxsa Mbappe? İndi Haaland və ya Mbappenin "Barselona"ya qoşulmasını düşünə bilmirik. Təəssüf ki, bu futbolçuları transfer etməyə imkanımız yoxdur. Sahib olduğum futbolçulardan razıyam. Biz daha yaxşı səviyyəyə çatmalıyıq, çünki bu klubda biz həmişə zirvədə olmalıyıq".

18 turdan sonra "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 38 xalla 4-cüdür.

Milli.Az


Etiketlər:  Xavi Haaland ya Mbappeni almağa imkanımız yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ