Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisanı bayram gecəsi maşın vurdu - FOTO

Aktrisanı bayram gecəsi maşın vurdu - FOTO

Tarix: 4 Yanvar 2024 07:15

Yeni il gecəsi Kerri Bernans rəfiqəsi ilə Nyu-Yorkda ərzaq mağazasının yanından keçərkən dəhşətli qəza baş verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, polisin saxlamağa çalışdığı qara rəngli "Mercedes-Benz" markalı avtomobil səkiyə çıxıb və sürətlə piyadalara çırpılıb, onların arasında aktrisa da olub.

Nəticədə Bernans huşunu itirib və maşında sıxılıb qalıb. "People" jurnalı xəbər verir ki, ondan əlavə, üç hüquq-mühafizə orqanının əməkdaşı da daxil olmaqla, daha səkkiz nəfər yaralanıb. Bernans hazırda xəstəxanadadır. Onun anası Patrisiya sosial şəbəkələrdə baş verənlərdən danışıb.

"O qədər ağrıları var, zənglərə cavab verə bilmir... Çox ağrıları var, amma sağalır. Onun bir neçə sınıq sümükləri, çatları və dişləri qırılıb, lakin sağ olduğu üçün Allaha şükür edir. Hadisənin xaosunun arasında o, həyatın özü üçün böyük minnətdarlıq hissini saxlayır" deyə, qadın bildirib.

Bernansı və daha 8 nəfəri vuran cinayətkar saxlanılıb. 

Milli.Az


Etiketlər:  Aktrisanı bayram gecəsi maşın vurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ