Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Syerra-Leonenin keçmiş prezidenti dövlətə xəyanətdə ittiham olunur

Syerra-Leonenin keçmiş prezidenti dövlətə xəyanətdə ittiham olunur

Tarix: 4 Yanvar 2024 07:22

Sierra-Leonenin Fritaun məhkəməsi keçmiş prezident Ernest Bay Koromanı dövlətə xəyanətdə ittiham edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İttiham ötən ilin noyabrında Syerra-Leonedə həyata keçirilən hərbi çevriliş cəhdinin istintaqı çərçivəsində irəli sürülüb.

Koroma ilə yanaşı, daha 12 nəfər dövlətə xəyanətdə və çevriliş cəhdində iştirakda ittiham edilir. Ölkədə ümumilikdə 85 nəfər bu məsələdə şübhəli bilinərək həbs olunub.

Qeyd edək ki, 70 yaşlı Koroma 2023-cü ilin noyabrın sonundan ev dustaqlığındadır. O, 2007-ci ilin payızından 2018-ci ilin yazına qədər ölkə prezidenti vəzifəsində çalışıb. Konstitusiya məhdudiyyətlərinə görə o, 2018-ci il prezident seçkilərində namizəd kimi iştirak etməyib.

Milli.Az


Etiketlər:  Syerra Leonenin keçmiş prezidenti dövlətə xəyanətdə ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ