Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina prezidenti Miley: “Nəticəni 15 ildən sonra görəcəksiniz”

Argentina prezidenti Miley: “Nəticəni 15 ildən sonra görəcəksiniz”

Tarix: 5 Yanvar 2024 18:12

Argentina prezidenti Xavyer Miley bildirib ki, onun hökumətinin işinin və aparılan islahatların müsbət nəticələri 15 ildən sonra görünəcək.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə "FM Delta" radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, təkmilləşmələrin üçdə ikisi 15 il ərzində görünəcək.

"Beləliklə, siz onları görəcəksiniz, övladlarınız onlardan zövq alacaq və nəvələriniz gözəl həyat sürəcək", - prezident "çiçəklənən Argentina" görəcəyinə şübhə edən aparıcıya deyib.

Argentinada ümumi seçkilər iki turda 22 oktyabr və 19 noyabr 2023-cü il tarixlərində keçirilib. Səsvermənin nəticələrinə əsasən, ölkə yeni dövlət başçısını, vitse-prezidenti, əksər əyalətlərin qubernatorlarını və Argentina Milli Konqresinin üzvlərini seçib.

Argentina lideri dekabrın 21-də ölkədə milli iqtisadiyyatın liberallaşdırılması üçün islahatların aparılması haqqında fərman imzalayıb. Maylinin fikrincə, müvafiq təşəbbüslərin həyata keçirilməsi respublikanın yenidən qurulması üçün ilk addım olmalıdır.

Milli.Az


Etiketlər:  Argentina prezidenti Miley Nəticəni 15 ildən sonra görəcəksiniz


RƏYLƏR