Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurdu

Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurdu

Tarix: 5 Yanvar 2024 19:16

Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Yerli vaxtla saat 12:30 radələrində Ukrayna ordusunun Rusiya ərazisindəki hədəflərə qarşı "Neptun" gəmi əleyhinə raketindən istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Ukrayna raketi Qara dənizin şimal-qərb hissəsində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib", - məlumatda bildirilib.

Milli.Az


Etiketlər:  Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurdu


RƏYLƏR