Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 nepallı Ukraynaya əsir düşdü, hökumət qadağan etdi

4 nepallı Ukraynaya əsir düşdü, hökumət qadağan etdi

Tarix: 5 Yanvar 2024 22:46

Nepal hökuməti öz vətəndaşlarının dövlətlər arasında münaqişənin iştirakçısına çevriləcəyindən qorxduğu üçün Rusiya və Ukraynada işləməyi qadağan edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, "Himalayan Tayms" məlumat yayıb.

Nəşrin məlumatına görə, Nepalın Məşğulluq Departamenti vətəndaşlarının Rusiya ordusu sıralarında xidmət etməsi ilə bağlı məlumat əldə edib. Hətta 4 Nepal vətəndaşı Ukrayna tərəfindən əsir götürülüb.

Qurum məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Nəşr nepallı muzdluların Ukrayna Silahlı Qüvvələri sırasında da xidmət etməsi ilə bağlı məlumat yayıb. Lakin Nepal hökuməti bu məlumatı təqdiqləməyib.


Etiketlər:  nepallı Ukraynaya əsir düşdü hökumət qadağan etdi


RƏYLƏR