Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

50 il əvvəl vəfat edən Elvis Presli “canlı” konsert verəcək - FOTOlar

50 il əvvəl vəfat edən Elvis Presli “canlı” konsert verəcək - FOTOlar

Tarix: 6 Yanvar 2024 02:02

1977-ci ildə vəfat edən dünyaca məşhur müğənni Elvis Presli 2024-cü ilin noyabr ayında Londonda holoqram (rəqəmsal versiya) konserti ilə pərəstişkarlarının görüşünə gələcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İngiltərədə fəaliyyət göstərən "Layered Reality" əyləncə şirkəti məlumat verib.

Məlumata görə, Elvis Preslinin "Elvis Evolution" adlı holoqram konserti ilk dəfə Londonda səhnəyə qoyulacaq. Konsert üçün açılan internet saytında qeydiyyatdan keçərək bileti rezervasiya etmək mümkün olacaq.

"Şou sayəsində yeni nəsil pərəstişkarlar üçün Elvisi canlı izləmək imkanı yaradılacaq, bu, reallıq və fantaziya arasındakı sərhədlərin azalacağı bir konsert təcrübəsi olacaq. Canlı ölçülərdə olan rəqəmsal Elvis ilk dəfə İngiltərə səhnəsində ən məşhur mahnılarını və hərəkətlərini canlandıracaq. Bütün bunlar "Layered Reality"nin texnologiya, teatr, proyeksiya və multisensor effektlərdən ibarət bənzərsiz qarışımı sayəsində baş verəcək", - deyə şirkətin bununla bağlı açıqlamasında bildirilib.

Qeyd edək ki, daha əvvəl İsveçin ABBA musiqi qrupu da 2022-ci ildə İngiltərədə onlar üçün xüsusi olaraq yaradılmış arenada gənclik görüntülərini ehtiva edən holoqramları ilə konsert verib. Hazırda da "ABBA Arena" adlanan səhnədə həftənin müəyyən günləri qrupun "ABBA Voyage" konsertləri keçirilir.

Milli.Az


Etiketlər:  50 il əvvəl vəfat edən Elvis Presli canlı konsert verəcək FOTOlar


RƏYLƏR