Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2023-cü ilin rəmzi komandası - Ronaldo yoxdur

2023-cü ilin rəmzi komandası - Ronaldo yoxdur

Tarix: 6 Yanvar 2024 08:22

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı oyunçularının rəmzi komandasını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu heyətdə "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yer almayıb. 38 yaşlı forvard 2023-cü ildə 54 qola imza ataraq ilin bombardiri olub.

İFFHS-ə görə 2023-cü ilin rəmzi komandası:

Qapıçı: Ederson ("Mançester Siti").

Müdafiəçilər: Ruben Dias ("Mançester Siti"), Alfonso Deyvis, Kim Min Jae (hər ikisi "Bavariya").

Yarımmüdafiəçilər: Cud Bellinqem ("Real"), Kevin De Brüyne, Rodri (hər ikisi "Mançester Siti"), Lionel Messi ("İnter Mayami").

Hücumçular: Erlinq Haaland ("Mançester Siti"), Harri Keyn ("Bavariya"), Kilian Mbappe (PSJ).

Milli.Az


Etiketlər:  2023 ilin rəmzi komandası Ronaldo yoxdur


RƏYLƏR