Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqladı

“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqladı

Tarix: 6 Yanvar 2024 19:40

"The Finacial Times"ın redaksiyası 2024-cü il üçün öz proqnozlarını tərtib edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, nəşr Donald Trampın ABŞ prezidenti olmayacağını, Ursula fon der Lyayenin isə əksinə, yenidən Avropa Komissiyasının rəhbəri seçiləcəyini, İlon Maskın "X" sosial şəbəkəsinin müflis olacağını, Qərbin Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsraillə HƏMAS arasındakı müharibənin isə genişmiqyaslı regional münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırır.

FT-nin proqnozuna görə, Donald Tramp, birincisi, Cozef Baydenə qarşı ABŞ prezident seçkiləri tarixində ən çirkli kampaniyanı aparacaq, ikincisi, o, hər bir halda uduzacaq, çünki seçkidən əvvəl dörd məhkəmə prosesindən ən azı birində cinayətkarlıqda təqsirli bilinəcək.

İsraillə HƏMAS radikal qruplaşması arasındakı müharibə, nəşrin redaktorlarının fikrincə, genişmiqyaslı regional münaqişə ilə nəticələnməyəcək, çünki bunu nə ABŞ, nə də İran istəyir.

Nəşrin proqnozuna görə, İlon Maskın "X" sosial şəbəkəsi iflas etməlidir. Burada proqnozçular "X"-in reklam cəbhəsində çökəcəyini və yeni gəlir mənbələri cəlb etmək cəhdlərinin uğursuzluğa düçar olacağını nəzərə alıblar. Buna əsaslanaraq, Maskın şirkəti müflis elan edəcəyi güman edilir.

Milli.Az


Etiketlər:  Finacial Times 2024 illə bağlı proqnozlarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ