Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın voleybol millisi Litvaya yenildi

Azərbaycanın voleybol millisi Litvaya yenildi

Tarix: 6 Yanvar 2024 22:28

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litva ilə qarşılaşıb.

Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

Milli.Az


Etiketlər:  Azərbaycanın voleybol millisi Litvaya yenildi


RƏYLƏR