Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah" klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib

Tarix: 6 Yanvar 2024 23:50

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Rumıniya "Rapid"i ilə qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da "Mardan" İdman Kompleksinin ehtiyat meydanında baş tutacaq.

"Sabah"ın Antalyadakı hazırlıq prosesi yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Sabah klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ